İşğalçı İsrail rejimi aclıq aksiyası etdiyi üçün 60 fələstinli məhbusu  karsa salıb

İşğalçı İsrail rejimi aclıq aksiyası etdiyi üçün 60 fələstinli məhbusu karsa salıb

Xəbər verdiyimiz kimi, sionist rejim həbsxanalarındakı fələstinli məhbuslar  fəal Mahir əl-Əxrəsin vəziyyəti ilə bağlı tələblərin yerinə yetirilməməsindən sonra 60 fələstinli məhbus aclıq aksiyasına başlamışdılar. 
 
Maide.Az xəbər verir ki, sionist rejim, aclıq aksiyasına qoşulduqları üçün 60 fələstinli məhbusu  karsa salıb. Xəbər mənbələri işğalçı rejimin həmin 60 fələstinli məhbusu bazar günü  gecə  karsa köçürdüyünü açıqlayıb. 
 
Qeyd edək ki, 39 qadın da daxil olmaqla təxminən 4400 məhkum, işğalçı rejimin həbsxanalarında saxlanılır, onlardan 155-i uşaq, 350-si ittiham olunmadan müvəqqəti həbsdədir.
 
Xatırladaq ki, fələstinli məhbus fəal Mahir əl-Əxrəsin 85 gündür davam edən aclıq aksiyası bir sıra beynəlxalq hüquq təşkilatlarında gündəmə gətirilib.
 

Google+ WhatsApp ok.ru