İşğalçı İsrail rejiminin XİN başçısı BƏƏ-yə səfər edib

İşğalçı İsrail rejiminin XİN başçısı BƏƏ-yə səfər edib

İşğalçı İsrail rejiminin xarici işlər naziri Yair Lapid Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
 
Maide.az xəbər verir ki,  bu barədə işğalçı rejimin XİN başçısı “Twitter”də bildirib.
 
O, səfərini tarixi hadisə kimi qiymətləndirib.
 
Bu, ötən ilin sentyabr ayından bəri BƏƏ və işğalçı rejim arasında münasibətlərin adiləşdirilməsindən sonra ilk yüksək səviyyəli səfərdir.
 
Səfər çərçivəsində Yair Lapid Əbu-Dabidə sionist rejimin  səfirliyinin, Dubayda isə bu rejimin konsulluğun təsis edilməsi ilə bağlı mərasimdə iştirak edəcək.
 
İşğalçı rejim XİN başçısı BƏƏ-li həmkarı Abdulla bin Zayed Əl Nahyan, iqtisadi məsələlər üzrə dövlət naziri Əhməd Əl Sayeq və mədəniyyət naziri Nura Əl Kaabi ilə görüşəcək.
 
Yair Lapidin Əbu-Dabi və Dubaydakı yəhudi icmalarının nümayəndələri ilə də görüşü nəzərdə tutulub.
 
 

Google+ WhatsApp ok.ru