Amerikada müsəlmanlara qarşı fiziki hücumlar 40 faiz artıb 16 Noyabr 2017 02:00 Dünya -- müsəlmanlara qarşı 144 təhlükə qeydə alınıb 2015-2016-cı illərdə Amerikada anti-islam hərəkətlərinin sayı artıb. Maide.Az bildirir ki, Spotnik-in verdiyi məlumata görə, Pyu müəssisəsinin apardığı rəysorğusunun nəticələrinə görə, 2015-ci illə müqayisədə 2016-cı ildə Amerikada müsəlmanlara qarşı fiziki hücumlar 40 faiz artıb. Məlumata görə, ilk dəfə olaraq 2011-ci ildə 11 sentyabr hadisələrindən sonrakı hücumların həcmini də ötüb-keçib. Pyu müəssisəsi bildirib ki, 2016-cı ildə Amerikada müsəlmanlara qarşı 144 təhlükə qeydə alınıb. Bu rəqəm 2015-ci il üçün 120 təşkil etmişdi. Yayılan məlumatlar göstərir ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra müsəlmanlara qarşı hücumların sayı artıb və anti-islam və irqçi qruplar Trampın əsas himayədarlarıdır. Qeyd edək ki, ABŞ-da keçən il nifrət zəminində cinayətlərin də sayı bir qədər artıb. Federal Təhqiqatlar Bürosunun (Federal Bureau of Investigation-FBI) nifrət zəminində illik statistikalarına görə, 2015-ci ildə 5850 insidentlə müqayisədə bu insidentlər 2016-cı ildə 4 faiz artaraq, 6121-ə çatıb. Teqlər : #Amerikada müsəlmanlara qarşı fiziki hücumlar 40 faiz artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Gürcüstanda dini tolerantlıq` mövzusunda dinlərarası konfrans keçirilib - FOTO Human Rights Watch:Myanmada kütləvi təcavüz, işgəncə və qırğınlar törədilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO