Amerika koalisiyası daha bir bazanı Bağdad rəhbərliyini təhvil verdi

Amerika koalisiyası daha bir bazanı Bağdad rəhbərliyini təhvil verdi

 

Bağdad rəhbərliyi Fransa nümayəndələrinin qaldığı İŞİD əleyhinə beynəlxalq koalisiya qüvvələrinin qərargahını qəbul edib.
 
Maide.Az bildirir ki, "Anadolu" agentliyinin verdiyi məlumata görə, İraq Baş Nazirliyinə bağlı Media Şəbəkəsinin yazılı açıqlamasında bildirilir ki, koalisiya qüvvələrinə bağlı bəzi hərbi bazalar da İraq ordusuna təhvil verilib.
 
Son zamanlar İraq bazalarına hücumların artdığı ABŞ, "Patriot" hava hücumundan müdafiə sistemini Ənbar və Ərbildəki bazalarına yerləşdirməyə başlayıb.
 
"Russia Today"-in xəbərinə görə, İraqın paytaxtı Bağdadın şimalında yerləşən ölkənin ən kritik bazalarından biri olan Əbu-Qureyb də İraq ordusuna təhvil veriləcək.
Məsələ ilə bağlı Beynəlxalq Koalisiya tərəfindən hələ bir açıqlama verilməyib.
 
2003-cü ildə ABŞ ordusu Səddamı devirdikdən sonra Əbu-Qreyb bazasına yerləşmişdi.
 
Əbu-Qureyb bazasındakı həbsxana məhbuslara işgəncə verməklə gündəmə gəldi. Həbsxanada xidmət edən ABŞ əsgərlərindən bəziləri işgəncələri etiraf etdilər.

 

Google+ WhatsApp ok.ru