Amerikalı işğalçılar Suriya neftini talan etməyə davam edir

Amerikalı işğalçılar Suriya neftini talan etməyə davam edir

Yerli mənbələr bildirir ki, ABŞ-ın işğalçı qüvvələri, oğurladıqları Suriya nefti ilə daha bir neçə sistern İraqa yollayıb.

 
Suriyanın SANA agentliyi, ABŞ əsgərlərinin Suriyanın Əl-Cəzirə bölgəsindəki neft ehtiyatlarını talan edərək İraqa apardığı haqda xəbər verib.  
 
ABŞ-ın işğalçı qüvvələri, oğurlanan Suriya nefti ilə daha bir neçə tankeri İraqa yollayıb. Yerli mənbələr, Əl-Cəzirə bölgəsində ABŞ-ın işğal etdiyi neft quyularından oğurlanan Suriya neftini daşıyan altı tankerin Əl-Həsəkə vilayətindən Əl-Ərabiya bölgəsindəki qanunsuz olaraq əl-Vəlid nəzarət məntəqəsindən keçərək, İraqa yönəldiyini bildirib. ABŞ-ın işğalçı qüvvələri hava dəstəyi ilə Əl-Həsəkə kənarındakı qanunsuz bazalarından 45 hərbi maşın İraqa gətirildiyi bildirilir. ABŞ işğalçı qüvvələri “Suriya Demokratik Qüvvələri”nin köməyi ilə, Suriya neftini oğurlamaq üçün Əl-Cəzirə bölgəsindəki ölkənin əksər neft sahələrinə nəzarət edir. Son aylarda ABŞ ordusu Əl-Cəzirə bölgəsindəki neft sahələrinə bitişik ərazilərə silah, hərbi texnika və maddi-texniki dəstək daşıyan onlarla yük maşını yerləşdirib./deyerler.org/  
 

Google+ WhatsApp ok.ru