Amerikalılar daha çox silah almağa başlayıb

Amerikalılar daha çox silah almağa başlayıb

ABŞ-da silah satışları bu il koronavirus epidemiyasına görə çoxalıb. İrqçiliyə və koronavirus böhranına qarşı yeni etiraz dalğası bir çox amerikalıları odlu silah almağa sövq edib. ABŞ-da aparılan yeni araşdırmaya görə, amerikalılar bu ilin əvvəlindən ən azı 17 milyon odlu silah alıb. ABŞ-ın odlu silah satışları ilin ikinci rübündə artıb.
 
ABŞ polisi tərəfindən qaradərili Corc Floydun öldürülməsindən sonra ABŞ-ın müxtəlif bölgələrində kütləvi etiraz aksiyaları başladı bu da ABŞ-da odlu silah satışının artımına səbəb oldu.
 
 
Silah alışı tendensiyasını o qədər sürətləndi ki, avqust ayına qədər ABŞ-da alınan odlu silahların sayı, son bir ildə ölkədən alınan odlu silahların sayını keçdi. Sentyabr ayında ABŞ-ın odlu silah satışları son 20 ildə zirvəyə çatıb. ABŞ prezidentinin məğlub olacağı təqdirdə hakimiyyətdən asan yolla getməyəcəyni söyləməsindən sonra, ABŞ-da vəziyyət dəyişib. Bununla bağlı “Walmart” şirkəti mümkün iğtişaşlardan ehtiyatlanaraq bütün odlu silahları və döyüş sursatlarını rəflərfən çıxarıb. Şirkətin payına ABŞ-da bütün odlu silah satışlarının təxminən yarısı düşür. Yerli və hökumət rəsmiləri seçki günü və sonrasında mümkün gözlənilən qarşıdurnalara hazırlaşır. / deyerler.org/ 
 

Google+ WhatsApp ok.ru