Amerikanın Meriland əyaləti Quran yarışlarına evsahibliyi edəcək

Amerikanın Meriland əyaləti Quran yarışlarına evsahibliyi edəcək

Amerikanın əyalətlərarası Quran-Kərim yarışları cari ilin aprel ayının ortalarında Meriland əyalətinin Baltimur şəhərinin evsahibliyi ilə keçiriləcək.
 
Maide.Az xəbər verir ki, Amerikanın əyalətlərarası Quran-Kərim yarışları Quranın hifzi və qiraəti üzrə uşaqlar və yeniyetmələr arasında təşkil olunacaq. 
 
Bu yarışlar Amerika müsəlmanlarının 42-ci illik toplantısı çərçivəsində keçiriləcək. Amerikanın "Şimali İslam Təşkilatı" (İCNA) və Amerika Müsəlman Cəmiyyəti Təşkilatı (MAS) bu toplantının təşkilatçılarıdır.
 
Meriland əyalətinin Baltimur şəhərinin evsahibliyi ilə keçiriləcək bu 3 günlük toplantıda müxtəlif mövzular, o cümlədən müsəlmanların Qərb cəmiyyətindəki problemləri, islamofobiya və irqçilik kimi məsələlər müzakirə ediləcəkdir.
 
Toplanıtı çərçivəsində Quran yarışları keçiriləcək, müsəlman gənclərin xüsusi görüşü, bazar əlaqələri və digər proqramlar da icra ediləcək. Quran yarışlarının Qiraət bölməsində 10 yaşından aşağı uşaqlar iştirak edəcək və Quranın hifzi yarışda isə 12, 14  və 16 yaşdan aşağı olan yeniyetmələr iştirak edəcək. (iqna)

Google+ WhatsApp ok.ru