Amnesty International: 1 milyon 200 min Əfqanlı evlərindən didərgin düşüb

“Beynəlxalq Əfv''  Təşkilatı (Amnesty International) yeni hesabatında bildirib ki, son üçldə 1 milyon  200 min Əfqanlı  ölkədə baş verən zorakılıqlara görə, evlərini tərk etmək məcburiyyətində qalıb.
 
Maide.Az xəbər verir ki,  Beynəlxalq Əfv Təşkilatı  rəsmi Kabil və beynəlxalq ictimaiyyətdən istəyib ki,  Əfqanıstanda daxili müharibəyə görə, ev-eşiklərindən didərgin düşən qaçqınlar böhranının  həlli üçün işlər görsünlər. 
 
Beynəlxalq Əfv Təkilatı bildirir ki,  Əfqanıstanda  zorakılıq və müharibə 15 ildir ki, davam edir və  evlərindən didərgin düşmüş şəxslərin əksəriyyəti  çox ağır vəziyyətdə yaşayır. 
 
Taliban terroçuları uzun illər Əfqanıstan dövləti ilə müharibə edib, eləcədə  Amerikanın terrorizmlə mübarizə bəhanəsi ilə  bu ölkəyə girməsi  vəziyyəti daha da pisləşdirib.
 
BMT –nin məlumatına görə,təkcə  2015-ci ildə  11 min nəfərdən çox  insan Əfqanıstanda həyatını itirib.
 
 

Google+ WhatsApp ok.ru