Ankara və İstanbulda kütləvi həbslər aparılır

Ankara və İstanbulda kütləvi həbslər aparılır

Mayın 23-də Ankara və İstanbulda ilahiyyatçı Fətullah Gülen tərəfdarlarına qarşı böyük reydlər keçirilib.
 
“Milliyet” qəzetinin məlumatına görə Ankarada 124, İstanbulda isə 144 nəfər barəsində həbs qərarı verilib.
 
Qeyd edək ki, hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülen 2016-cı il iyulun 15-də Türkiyədə edilən qiyam cəhdinin təşkilində ittiham olunur.
 
O, ittihamı rədd edir.
 
Qiyam cəhdindən sonra ölkədə kütləvi həbslər keçirilir.
 
Bugünədək 35 mindən çox adam həbs olunub, 100 mindən çox hərbçi, hakim, müəllim və digər dövlət quluqçusu saxlanıb və ya işdən kənarlaşdırılıb.
 
Onlar Fətullah Gülen hərəkatı ilə bağlılıqda ittiham olunurlar.
 
15 iyul qiyam cəhdi zamanı 270-dən çox adam ölüb. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru