Anım və Zəfər günləri təsis olundu

Anım və Zəfər günləri təsis olundu

Dekabrın 2-də sərəncamlar imzalayan prezident İlham Əliyev sentyabrın 27-ni Anım Günü kimi, noyabrın 10-nu Zəfər Günü kimi rəsmiləşdirib.
 
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə təcavüz şiddətlənərək müharibəyə çevrilib. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Azərbaycanın bütün cənub-qərbini işğal edib.
 
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
 
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb. Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
 
 

 

Google+ WhatsApp ok.ru