AİP Qadınlar Şurası Azərbaycan medialarının Ramazana etinasızlığını tənqid etdi

Azərbaycan Respublikası İslam Partiyasının Qadınlar Şurasının sədri ölkə medialarının mübarək Ramazan ayına etinasızlığını kəskin şəkildə tənqid edib.
 
Maide.az-ın məlumatına görə, Növrəstə İbrahimova bildirib ki, Azərbaycan radio və teelviziyalarında Ramazan ab-havasının olmaması bütün möminləri incidir və bu önəmli məsələyə diqqət oruc tutanların hakimiyyət və medialardan ciddi tələbidir. 
 
Növrəstə İbrahimova Qafqaz Müsəlmanları İdarəsinin bu önəmli və əsaslı məsələ qarşısında sükutu və etinasızlığını tənqid edərək deyib: "Niyə möminlər və oruc tutanlar Ramazan proqramlarını digər ölkələrin medialarından izləməlidirlər və bu idarə müsəlmanlar qarşısında öz vəzifələrini yerinə yetirməməlidir? Azərbaycan medialarının bu sahədə sükutu oruc tutanlar üçün problemlər yaradır."

Google+ WhatsApp ok.ru