Aprel döyüşlərində yaralanan tankçı vəfat edib

Aprel döyüşlərində yaralanan tankçı vəfat edib

Aprelin 2-də cəbhə xəttindəki döyüşlər zamanı ağır yaralanaraq komaya düşən tankçı Rahim Tağıyev iyulun 10-da hərbi hospitalda vəfat edib.
 
Deputat Aydın Mirzəzadə bu barədə öz Facebook səhifəsində bildirib.
 
Millət vəkilinin yazdığına görə, əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev ailəsinin istəyi ilə bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib.
 
Üç uşaq atası olan Rahim Tağıyev 18 il idi Milli Orduda xidmət edirdi.
 
İş günü olmadığından Müdafiə Nazirliyi ilə xəbəri dəqiqləşdirmək mümkün olmadı.
 
Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub.
 
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.(azadliq.org)

Google+ WhatsApp ok.ru