Nərimanov rayonunun bir küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 25 Avqust 2021 13:33 Xəbərlər 25 avqust saat 21-00-dan 26 avqust saat 06-00-dək Bakı şəhəri, Nərimanov rayonunun Mirzə Uluqbəy küçəsində (Əhməd Rəcəbli və Faiq Yusifov küçələri arasında qalan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Teqlər : #Nərimanov,#rayonunun,#bir,#küçəsində,#avtomobillərin,#hərəkəti,#məhdudlaşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru COVID-19 pasportu olmayanlar məhkumlarla uzunmüddətli görüşə buraxılmır Cənubi Koreya 'Facebook'u altı milyon dollara yaxın cərimələyib