Argentina prezidenti Rusiya prezidentinə təşəkkür etdi - VİDEO

Argentina prezidenti Rusiya prezidentinə təşəkkür etdi - VİDEO

Argentina prezidenti Alberto Fernandez Rusiya prezidentinə təşəkkür edib. 
 
Maide.Az "sputnik"ə istinadla xəbər verir ki,  o, öz Twitter  hesabında ​​"Argentinada koronavirus əleyhinə bir peyvənd var.  "Sputnik V" peyvəndini istehsal edənlərə və Rusiya Prezidenti Vladimir Putinə ölkəmizə bunu göndərdiyinə görə ürəkdən təşəkkür edirik" deyə yazıb.
 
O əlavə edib ki, ümid yolu açıqdır, amma pandemiya hələ bitməyib. "Özümüzə qayğı göstərməyə davam etməliyik."
 
Qeyd edək ki, "Gamali" Mərkəzinin rəhbəri Alexander Gantesburg bildirib ki, "Sputnik V" peyvəndi İngiltərədə tapılan koronavirus əleyhinə  olan peyvənddən daha təsirlidir.

Google+ WhatsApp ok.ru