ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək 10 İyul 2019 10:33 Hərb ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 11-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər. Teqlər : #ATƏT,#qoşunların,#təmas,#xəttində,#monitorinq,#keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hərbi hissədə bədbəxt hadisə - 2 hərbçimiz həyatını itirib, 1 yaralı Müdafiə Nazirliyi: Su-25 hücum təyyarələri döyüş atışlı uçuş məşqləri keçirib - VİDEO
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'