ATƏT sədri: 'Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi hələ də var' 05 Dekabr 2019 14:50 Qarabağ xəbərləri "ATƏT Dağlıq Qarabağda sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırdır". Bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında bu təşkilatın hazırkı sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak bildirib. O deyib ki, Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi gerçək olaraq qalır. M.Layçak Moldovanın Trans-Nistru bölgəsində son illər əldə edilən irəliləyişin pozulması ehtimalının olduğunu da diqqətə çatdırıb. “Böhran və münaqişələrin həlli üçün əlimdə hansısa sehrli çubuq yoxdur. Münaqişələri həll etmək üçün dialoq yaradılması üçün ATƏT-in yeni kanallar açmaq səylərinin hədsiz dəyərə malik olduğunu düşünürəm. Biz sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırıq”, - ATƏT sədri vurğulayıb.(report.az) Teqlər : #dağlıqqarabağ,#Qarabağ,#Dağlıq,#ATƏT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda Elmar Məmmədyarov və Sergey Lavrov arasında görüş olub Həmsədr ölkələrin nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıblar
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni