AVRO-2020: Bu gün daha üç qarşılaşma baş tutacaq

AVRO-2020: Bu gün daha üç qarşılaşma baş tutacaq

Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avropa çempionatı davam edir. 
 
Oxu.Az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutacaq.
 
Əvvəlcə D qrupu çərçivəsində Şotlandiya və Çexiya yığmaları üz-üzə gələcəklər. 
 
Günün ikinci matçı E qrupunda Polşa və Slovakiya yığmaları arasında baş tutacaq.
 
Bu qrupun digər oyununda isə İspaniya və İsveç milli komandaları qarşılaşacaq.
 
AÇ-2020
14 iyun
D qrupu
 
17:00. Şotlandiya - Çexiya
 
Baş hakim: Daniele Orsato (İtaliya).
Qlazqo. “Hampdem Park” stadionu.
 
E qrupu
 
20:00. Polşa - Slovakiya
 
Sankt Peterburq. “Qazprom Arena”.
 
23:00. İspaniya - İsveç
 
Sevilya. “Estadio de La Cartuja”.
 

Google+ WhatsApp ok.ru