AVRO-2020: İtaliya azarkeş təminatı verməyə hazır deyil

AVRO-2020: İtaliya azarkeş təminatı verməyə hazır deyil

 
"UEFA-nın tələblərinə baxmayaraq ölkəmiz Avropa çempionatının oyunlarında azarkeşlərin iştirakına təminat verə bilməz".
 
"Report"un məlumatına görə, bunu İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo deyib.
 
O, mümkün qədər tez adi həyata qayıtmaq istədiklərini, lakin hər şeyi və AVRO-2020-ni planlaşdırmağa vaxtın lazım olduğunu bildirib: "Bəzi tədbirlərin azarkeşlə və ya azarkeşsiz keçiriləcəyini əminliklə deyə bilərik. Amma hazırkı situasiyada fanatların mütləq iştirakına dair sərt tələb var. Problem ondadır ki, indi biz insanların stadionlara girişinə təminat verə bilmərik".
 
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
 
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.
 

Google+ WhatsApp ok.ru