Avropa Birliyinin qarşısında Myanma aksiyası
 - VİDEO

Avropa Birliyinin qarşısında Myanma aksiyası - VİDEO

 
Brüsseldə yaşayan müsəlmanlar Avropa Birliyinin qərargahı qarşısında Myanmalı müsəlmanları müdafiə etmək məqsədilə etiraz aksiyası keçirib. 
 
Maide.Az xəbər verir ki, aksiya  Belçikanın şiə İslam Alimləri Birliyinin təşkilatçılığı ilə və "Sərhədsiz ədalət” şüarı ilə Brüsselin Lüksemburq meydanında Avropa Birliyinin qərargahı  qarşısında baş tutub. 
 
Ərəb ölkələrindən,  Livan,  Mərakeş,  İraq, Pakistan, Hindistan, Afrikadan və İrandan olan müsəlmanların iştirakı ilə keçirilən aksiyada Myanmalı müsəlmanların qətliamını pisləyən şüarlar səsləndirilib. 
 
Mitinq iştirakçıları  qeyri- islami ölkələrdə  müsəlman azlıqlara hörmətin və onların dini azadlıqlarının təmin edilməsinin zəruriliyini vurğulayıb.

Google+ WhatsApp ok.ru