Avropada müsəlmanlar çoxalır

Avropada müsəlmanlar çoxalır

-- “Pew” araşdırma mərkəzi: Qitənin müsəlman əhalisinin iki dəfədən çox artacağı gözlənir

Avropada müsəlmanlar əhalinin cəmi 5%-ni təşkil edirlər. Ancaq Fransa və İsveç kimi ölkələrdə müsəlmanların sayı daha çoxdur. Gələn onilliklərdə qitənin müsəlman əhalisinin iki dəfədən çox artacağı gözlənir. Bunu “Pew” araşdırma mərkəzi bildirir.
 
Avropada (Avropa Birliyinin 28 üzvü üstəgəl Norveç və İsveçrə) 2016-cı ilin ortasında 25,8 milyonluq müsəlman (ümumi əhalinin 4,9 faizi) varıydı, 2010-cu ildə isə 19,5 milyonluq müsəlman Avropa əhalisinin 3,8%-ni təşkil edirdi.
 
Məlumata əsasən, Avropadakı müsəlmanların sayı indiki 4,9%-dən 2050-ci ilədək 7,4%-ə çatacaq.
 
Araşdırma mərkəzi son bir neçə ilin qaçqın axınını son onillərin orta səviyyəsindən çox yüksək olduğunu qeyd edir. 
 
Ancaq Avropa Birliyinin bir sıra ölkələri qaçqın axınını məhdudlaşdırmağa yönəlik addımlar atdığından artıq bu yöndə düşüş yaranıb.(azadliq.org) 
 

Google+ WhatsApp ok.ru