Avropada müsəlmanlara qarşı şiddət artır

Avropada müsəlmanlara qarşı şiddət artır

-- Hesabat açıqlandı

Beynəlxalq Hüquq Pozuntularının Monitorinqi Mərkəzi 2017-ci il üzrə hesabatını açıqlayıb.
 
Maide.Az "Dunyabulteni"nə istinadən xəbər verir ki, ictimai təşkilatlar və müstəqil cəmiyyətlər tərəfindən həyata keçirilən bütün araşdırmalara əsasən hazırlanan hesabatda il ərzində müsəlmanların diskriminasiya və şiddətə məruz qaldığı qeyd edilib.
 
Hesabat 4 istiqamətdə - "Anlaşılmazlıqlar ili", "Kütləvi xəstəliklər ili", "İkiüzlülüklər ili" və "İkili standartlar ili" - hazırlanıb.
 
Məlumatda qeyd olunub ki, son illərdə müsəlman qaçqınlara artan nifrət fonunda Avropanın bir çox dövlətlərində radikal sağçı partiyalar hakimiyyətə gəliblər. Bu səbəbdən Avropada islamafobiya daha da güclənib.
 
 Almaniya, İngiltərə və Fransada isə müsəlmanlara edilən hücumlarla bağlı ümumilikdə 10 mindən çox fakt qeydə alınıb. "2017-ci ildə  yalnız Almaniyada 200-dən çox müsəlman  hücuma məruz qalıb. Hicablı qadınlar təhqir edilmiş və müsəlmanlara aid özəl mülklər dağıdılmışdır.  İngiltərədə  yaşayan müsəlmanlar da iş və cəmiyyətdə bənzər hücumlara məruz qalıb.  İngiltərədə müsəlmanlara qarşı  hücumlar hər gün artıb və  irqçi və İslamofobik hücumların sayı 2016-cı ildə 3886 idisə, bu rəqəm 2017-ci ildə 41 faiz  artaraq 5848 -ə qalxıb.  Fransa isə 2017-ci ildə  miqrantların düşərgələrinə  edilən  hücumlarla yanaşı  hökumətin  miqrantlara qarşı yürütdüyü  ayrı seçkilik siyasəti ilə yaddaşlarda qalıb."
 
 Qurumun icraçı direktoru Ayhan Küçük bildirib ki, dünyaya demokratiya, azadlıq, insan hüquqları kimi məsələlərdə dərs verməyə çalışan ABŞ, bunları özü pozmaqdan çəkinmir:
 
"Dünyada nüvə silahının 93 faizi ABŞ və Rusiyanın payına düşür. Amma ABŞ İran, Pakistan və Şimali Koreyanı nüvə silahı məsələsində dünyaya təhdid olaraq görür. ABŞ terrorizmə qarşı mübarizə apardığını söyləsə də, Suriyada terrorçuları silahla təmin edən onlardır. Yəni, ABŞ ikiüzlü siyasət yürüdür".
 
 

Google+ WhatsApp ok.ru