Avropadan gələn təyyarələrdə laptoplar yasaqlanmır

Avropadan gələn təyyarələrdə laptoplar yasaqlanmır

ABŞ rəsmiləri mayın 17-də bildiriblər ki, Avropadan Birləşmiş Ştatlara uçan təyyarələrdə laptopların və tabletlərin qadağan olunmasına dair, hələlik, plan yoxdur.
 
Bu açıqlama Brüsseldə Avropa Birliyi rəsmiləriylə danışıqlardan bir gün sonra verilib.
 
Hazırda Yaxın Şərqin 10 ölkəsindən ABŞ-a birbaşa uçuşlarda laptoplar qadağan olunub.
 
ABŞ rəsmisinin sözlərinə görə, bu qadağanın Avropadan uçuşlara da tətbiqi nəzərdən keçirilib.
 
Qüvvədə olan qadağa laptoplara, tabletlərə, e-buk riderlərə və kameralara aiddir. Həmin cihazları yüklə birlikdə təhvil vermək lazımdır.
 
Rəsmilər terrorçu qruplaşmaların bu mobil qurğularda partlayıcılar keçirməklə təyyarələrə hücumlar törətmək istədiklərini deyirlər.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru