Avropa Liqasında 1/16 finala ilk vəsiqələrin sahibləri müəyyənləşir

Avropa Liqasında 1/16 finala ilk vəsiqələrin sahibləri müəyyənləşir

Bu gecə IV turun oyunları keçiriləcək
 
Bu gecə futbol üzrə Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. 
 
"Report"un məlumatına görə, Avropanın əksər ölkələrində saatların əqrəbi 1 saat geriyə çəkildiyindən, matçlar Bakı vaxtı ilə bir saat gec başlanacaq. 
 
Bu turun daha bir özəlliyi isə odur ki, bir sıra komandalar 1/16 finala vəsiqəni rəsmiləşdirmək şanslarına malikdir. Onlardan Rusiya "Zenit"i evdə uduzmayacağı halda, istəyinə nail olacaq. Hollandiya "Ayaks"ı ilə Almaniya "Şalke"si isə "pley-off"a vəsiqəni rəsmiləşdirmək üçün mütləq qalib gəlməlidir. Ukrayna "Şaxtyor"una isə heç-heçə də sərf edir. Donetsk klubu qalib gələcəyi halda qrupda 1-ci yeri də təmin edəcək.
 
Bəzi komandalar isə artıq bu tur qrupdan çıxmaq şanslarını itirə bilərlər ki, onlar arasında "Qəbələ"nin də olması mümkündür. Bunun baş verməməsi üçün Roman Qriqorçukun baş məşqçi olduğu komanda Fransa "Sent-Etyen"i ilə Bakıdakı görüşdə uduzmamalıdır.
 
Avropa Liqası
Qrup mərhələsi, IV tur
3 noyabr
A qrupu
22:00. "Fənərbağça" (Türkiyə) - "Mançester Yunayted" (İngiltərə)
22:00. " "Zarya" (Ukrayna) - Feyenoord" (Hollandiya)
Xal durumu: "Feyenoord" - 6. "Mançester Yunayted" - 6. "Fənərbağça" - 4. "Zarya" - 1.
 
B qrupu
20:00. "Astana" (Qazaxıstan) - "Olimpiakos" (Yunanıstan)
22:00. "Yanq Boyz" (İsveçrə) - APOEL (Kipr)
Xal durumu: APOEL - 6. "Olimpiakos" - 6. "Yanq Boyz" - 4. "Astana" - 1.
 
C qrupu
22:00. "Qəbələ" (Azərbaycan) - "Sent-Etyen" (Fransa)
22:00. "Anderlext" (Belçika) - "Maynts" (Almaniya)
Xal durumu: "Maynts" - 5. "Sent-Etyen" - 5. "Anderlext" - 5. "Qəbələ" - 0.
D qrupu
22:00. "Makkabi" (Tel-Əviv, İsrail) - AZ (Hollandiya)
22:00. "Zenit" (Rusiya) - "Dundalk" (İrlandiya)
Xal durumu: "Zenit" - 9. "Dundalk" - 4. "Makkabi" - 3. AZ - 1.
 
E qrupu
22:00. "Austriya" (Avstriya) - "Roma" (İtaliya)
22:00. "Astra" (Rumıniya) - "Viktoriya" (Çexiya)
Xal durumu: "Roma" - 5. "Austriya" - 5. "Astra" - 3. "Viktoriya" - 2.
 
F qrupu
22:00. "Atletik" (İspaniya) - "Genk" (Belçika)
22:00. "Sassuolo" (İtaliya) - "Rapid" (Avstriya)
Xal durumu: "Genk" - 6. "Rapid" - 4. "Sassuolo" - 4. "Atletik" - 3.
 
4 noyabr
G qrupu
00:05. "Panatinaikos" (Yunanıstan) - "Standart" (Belçika)
00:05. "Ayaks" (Hollandiya) - "Selta" (İspaniya)
Xal durumu: "Ayaks" - 7. "Selta" - 5. "Standart" - 2. "Panatinaikos" - 1.
 
H qrupu
00:05. "Gent" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna)
00:05. "Braqa" (Portuqaliya) - "Konyaspor" (Türkiyə)
Xal durumu: "Şaxtyor" - 9. "Gent" - 4. "Braqa" - 2. "Konyaspor" - 1.
 
İ qrupu
00:05. "Şalke" (Almaniya) - "Krasnodar" (Rusiya)
00:05. "Nitsa" (Fransa) - "Zalsburq" (Avstriya)
Xal durumu: "Şalke" - 9. "Krasnodar" - 6. "Nitsa" - 3. "Zalsburq" - 0.
 
J qrupu
00:05. PAOK (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)
00:05. "Fiorentina" (İtaliya) - "Slovan" (Çexiya)
Xal durumu: "Fiorentina" - 7. PAOK - 4. "Qarabağ" - 4. "Slovan" - 1.
 
K qrupu
00:05. "Sautgempton" (İngiltərə) - "İnter" (İtaliya)
00:05 "Sparta" (Çexiya) - "Hapoel" (Bir Şeva, İsrail)
Xal durumu: "Sparta" - 6. "Hapoel" - 4. "Sautgempton" - 4. "İnter" - 3.
 
L qrupu
00:05. "Sürix"(İsveçrə) - "Styaua" (Rumıniya)
00:05. "Vilyarreal" (İspaniya) - "Osmanlıspor" (Türkiyə)
Xal durumu: "Vilyarreal" - 5. "Sürix" - 4. "Osmanlıspor" - 4. "Styaua" - 2.  
 
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.  /

Google+ WhatsApp ok.ru