Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb 11 Dekabr 2017 02:00 İdman -- Püşkün nəticələri: Bu gün futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb. “Report” xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə rəqiblər müəyyənləşib. "Qarabağ"ın Çempionlar Liqasının "pley-off" mərhələsində mübarizədən kənarlaşdırdığı Danimarka "Kopenhagen"i qrup mərhələsində Azərbaycan təmsilçisi ilə birgə çıxış etmiş İspaniya "Atletiko"suna rəqib olub. Püşkün nəticələri: 1/16 final "Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya) "Nitsa" (Fransa) - "Lokomotiv" (Moskva, Rusiya) "Kohenhagen" (Danimarka) - "Atletiko" (Madrid, İspaniya) "Spartak" (Moskva, Rusiya) - "Atletik" (Bilbao, İspaniya) AEK (Afina, Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna) "Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya) "Napoli" (İtaliya) - "Leyptsiq" (Almaniya) "Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya) "Lion" (Fransa) - "Vilyarreal" (İspaniya) "Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya) "Partizan" (Serbiya) - "Viktoriya" (Plzen, Çexiya) "Styaua" (Rumıniya) - "Latsio" (İtaliya) "Lüdoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya) "Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya) "Estersund" (İsveç) - "Arsenal" (İngiltərə) "Marsel" (Fransa) - "Braqa" (Portuqaliya) Qeyd edək ki, oyunlar fevralın 15-də və 22-də keçiriləcək. İlk görüşlər adları birinci göstərilən komandaların meydanında olacaq. Teqlər : #Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın üzvlüyünü dayandırdı Ronaldo kulub rəhbəri olacaq