Avropa Liqasında “play-off” mərhələsinin cavab oyunları keçiriləcək

Avropa Liqasında “play-off” mərhələsinin cavab oyunları keçiriləcək

22 qarşılaşmadan sonra qruplarda mübarizə aparacaq bütün komandalar müəyyənləşəcək

Bu gün Avropa Liqasında “play-off” mərhələsinin cavab oyunları keçiriləcək.
 
22 qarşılaşmadan sonra qruplarda mübarizəni davam etdirəcək bütün komandalar müəyyənləşəcək.
 
Türkiyə təmsilçisi “Fənərbağça” Makedoniya “Vardar”ını qəbul edəcək. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan İstanbul komandası evdə qapısını toxunulmaz saxlamaq şərti ilə 3 qol vurmalıdır. İlk görüşdəki hesab təkararlanarsa, əlavə vaxta, burada da qalib müəyyənləşməsə, penaltilər seriyasına gediləcək.
 
Hollandiyada “Utrext”ə 0:1 hesabı ilə məğlub olan Rusiya “Zenit”nin işi nisbətən asandır. Eyni sözləri Portuqaliyada “Maritimu” ilə qolsuz heç-heçə edən Kiyev “Dinamo”suna da şamil etmək olar. (report) /
 
Avropa Liqası, “play-off” mərhələsi, cavab oyunları
24 avqust
 
20:00. AEK (Kipr) - “Viktoriya” (Çexiya)
İlk oyun - 1:3
 
20:45. “Dinamo” (Kiyev, Ukrayna) - “Maritimu” (Portuqaliya)
İlk oyun – 0:0
 
21:00. “Ostersun” (İsveç) - PAOK (Yunanıstan)
İlk oyun – 1:3
 
21:00. “Şerif” (Moldova) - “Legiya” (Polşa)
İlk oyun – 1:1
 
21:00. “Zenit” (Rusiya) – “Utrext” (Hollandiya)
İlk oyun – 0:1
 
21:00. “Aleksandriya” (Ukrayna) - BATE (Belarus)
İlk oyun – 1:1
 
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Altax” (Avstriya)
İlk oyun – 1:0
 
21:00. “Zalsburq” (Avstriya) - “Vitorul (Rumıniya)
İlk oyun – 3:1
 
21:30. “Suduva” (Litva) - “Lüdoqorets” (Bolqarıstan)
İlk oyun – 0:2
 
21:30. “Fənərbağça” (Türkiyə) - “Vardar” (Makedoniya)
İlk oyun – 0:2
 
22:00. “Videoton” (Macarıstan) - “Partizan” (Serbiya)
İlk oyun – 0:0
 
22:00. “Skenderbeu” (Albaniya) - “Dinamo” (Zaqreb, Xorvatiya)
İlk oyun – 1:1
 
22:00. “Midtyulland” (Danimarka) - “Apollon” (Kipr)
İlk oyun – 2:3
 
22:00. AEK (Yunanıstan) - “Brügge” (Belçika)
İlk oyun - 0:0
 
22:45. “Marsel” (Fransa) - “Domjale” (Sloveniya)
İlk oyun – 1:1
 
22:45. “Rusenborq” (Norveç) - “Ayaks” (Hollandiya)
İlk oyun – 1:0
 
22:45. “Braqa” (Portuqaliya) - “Hafnarfyordur” (İslandiya)
İlk oyun – 2:1
 
22:45. “Atletik” (İspaniya) - “Panatinaikos” (Yunanıstan)
İlk oyun – 3:2
 
22:45. “Şkendiya” (Makedoniya) - “Milan” (İtaliya)
İlk oyun – 0:6
 
23:00. “Hayduk” (Xorvatiya) - “Everton (İngiltərə)
İlk oyun – 0:2
 
23:00. “Srvena Zvezda” (Serbiya) - “Krasnodar” (Rusiya)
İlk oyun – 2:3
 
23:05. “Austriya” (Avstriya) - “Osiyek” (Xorvatiya)
İlk oyun – 2:1

Google+ WhatsApp ok.ru