Avropa Liqasında `pley-off` mərhələsinə yüksələn bütün komandalar müəyyənləşib

Avropa Liqasında `pley-off` mərhələsinə yüksələn bütün komandalar müəyyənləşib

İkinci oyun günündə daha 27 vəsiqənin sahibi müəyyənləşib

Futbol üzrə Avropa Liqasında "pley-off" mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib. 
 
Maide.İnfo "Report"a istinadən məlumat verir ki, III təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində ikinci oyun günündə daha 27 vəsiqənin sahibi müəyyənləşib.
Litva "Suduva"sı Avstriyanın "Austriya" komandasının ardından AEK (Kipr), "Şkendiya” (Makedoniya), "Dinamo” (Zaqreb, Xorvatiya), "Apollon” (Kipr), "Srvena Zvezda” (Serbiya), "Videoton” (Macarıstan), "Panatinaikos" (Yunanıstan), "Zenit” (Rusiya), "Aleksandriya” (Ukrayna), "Ostersun” (İsveç), "Fənərbağça” (Türkiyə), "Krasnodar” (Rusiya), "Skenderbeu” (Albaniya), "Maritimu” (Portuqaliya), PAOK (Yunanıstan), "Utrext” (Hollandiya), "Midtyulland” (Danimarka), "Altax” (Avstriya), "Hayduk” (Xorvatiya), "Atletik" (İspaniya), "Everton” (İngiltərə), "Osiyek” (Xorvatiya), "Milan" (İtaliya), "Marsel" (Fransa), "Makkabi” (Təl-Əviv, İsrail), "Domjale” (Sloveniya), "Braqa” (Portuqaliya) adlarını növbəti mərhələyə yazdırıb.
 
Əvəzində Kamran Ağayevin yeni klubu Çexiya "Mlada Boleslav"ı Albaniya "Skenderbeu"suna penaltilər seriyasında uduzub. Avroliqanın II təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Zirə"ni üstələmiş Rumıniya "Astra"sı Ukraynanın "Aleksandriya" komandası tərəfindən ələnib. "Aleksandriya" bu matçda yeni transferi Pavel Paşayevin xidmətindən yararlanmayıb. Bakı "İnter"inin qarşısını kəsmiş Lüksemburq "Fola Eş"ini isə İsveç "Ostersun"u mübarizədən kənarlaşdırıb.
 
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin püşkü avqustun 4-də atılacaq.
 
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunları
3 avqust
19:00. "Dinamo” (Minsk, Belarus) - AEK (Kipr) - 1:1
Qollar: Anton Soroka, 47-penalti ilə - Barrera Reyes Akoran, 90+3
Qırmızı vərəqə: Artyom Bıkov, 85 ("Dinamo")
İlk oyun - 0:2
 
19:00. "Şkendiya” (Makedoniya) - "Trakay” (Litva) - 3:0
Qollar: Besart İbrahimi, 29. Ferhan Hasani, 42; 88
Qırmızı vərəqə: Arunas Klimaviçyus, 72
İlk oyun - 1:2
 
20:30. "Odd” (Norveç) - "Dinamo” (Zaqreb, Xorvatiya) - 0:0
İlk oyun - 1:2
 
21:00. "Apollon” (Kipr) - "Aberdin" (Şotlandiya) - 2:0
Qollar: Andre Şembri, 17. Emilio Zelaya, 86
İlk oyun - 1:2
 
21:00. "Sparta” (Çexiya) - "Srvena Zvezda” (Serbiya) - 0:1
Qol: Riçmond Boakye, 19
İlk oyun - 0:2
 
21:00. "Videoton” (Macarıstan) - "Bordo" (Fransa) - 1:0
Qol: Stopira, 45+5
Qırmızı vərəqə: Yojef Varqa, 69 - Yussuf Sabali, 46
İlk oyun - 1:2
 
21:00. "Qəbələ" (Azərbaycan) - "Panatinaikos" (Yunanıstan) - 1:2
Qollar: Rodriqo Moledo, 52 - Robin Lod, 63. Brayan Kabezas, 66
İlk oyun - 0:1
 
21:00. "Zenit” (Rusiya) - "Bney Yehuda” (İsrail) - 0:1
Qol: Almoq Buzalyo, 67
İlk oyun - 2:0
 
21:00. "Aleksandriya” (Ukrayna) - "Astra” (Rumıniya) - 1:0
Qol: Andrey Zaporojan, 43-penalti ilə
İlk oyun - 0:0
 
21:30. "Fola” (Lüksemburq) - "Ostersun” (İsveç) - 1:2
Qollar: Stefano Bensi, 53 - Qabriel Somi, 59. Tom Pettersson, 66
İlk oyun - 0:1
 
21:30. "Fənərbağça” (Türkiyə) - "Şturm” (Avstriya) - 1:1
Qollar: Nabil Dirar, 32 - Filipp Huspek, 66
İlk oyun - 2:1
 
21:45. "Lyunqbyu” (Danimarka) - "Krasnodar” (Rusiya) - 1:3
Qollar: Mikkel Riqard Yensen, 28 - Maurisio Pereyra, 9; 22. Pavel Mamayev, 89-penalti ilə
İlk oyun - 1:2
 
22:00. "Skenderbeu” (Albaniya) - "Mlada Boleslav” (Çexiya) - 2:1 (penaltilərlə - 4:2)
Qollar: Sabien Lilay, 55-penalti ilə. Sebino Plaku, 83 - Adam Yanoş, 18
İlk oyun - 1:2
 
22:00. "Maritimu” (Portuqaliya) - "Botev” (Bolqarıstan) - 2:0
Qollar: Rodriqo Pinyo, 34-penalti ilə. Rikardu Valente, 49
İlk oyun - 0:0
 
22:00. PAOK (Yunanıstan) - "Olimpik” (Ukrayna) - 2:0
Qollar: Robert Mak, 2. Qoyko Simirot, 45+1
İlk oyun - 1:1
 
22:15. "Lex” (Polşa) - "Utrext” (Hollandiya) - 2:2
Qollar: Kristian Qutkyaer, 26; 90+4 - Girano Kerk, 1. Zakarya Labyad, 89
Qırmızı vərəqə: Ramon Leuvin, 70
İlk oyun - 0:0
 
22:30. "Midtyulland” (Danimarka) - "Arka” (Polşa) - 2:1
Qollar: Taduş Soxa, 77-öz qapısına. Aleksander Sorlot, 90+3 - David Soldeçki, 59
İlk oyun - 2:3
 
22:30. "Altax” (Avstriya) - "Gent” (Belçika) - 3:1
Qollar: Mumi Nqamaleu, 11. Ştefan Nuts, 76. Kristian Dobras, 88 - Daniel Milçeviç, 44-penalti ilə
Qırmızı vərəqə: Stefan Mitroviç, 49
İlk oyun - 1:1
 
22:30. "Hayduk” (Xorvatiya) - "Brondbü” (Danimarka) - 2:0
Qollar: Ante Erseq, 59; 63
İlk oyun - 0:0
 
22:45. "Atletik” (İspaniya) - "Dinamo” (Buxarest, Rumıniya) - 3:0
Qollar: Raul Qarsiya, 24; 29. Aris Adurits, 86
İlk oyun - 1:1
 
22:45. "Rujomberok” (Slovakiya) - "Everton” (İngiltərə) - 0:1
Qol: Dominik Kalvert-Levin, 80
İlk oyun - 0:1
 
22:45. "Osiyek” (Xorvatiya) - PSV (Hollandiya) - 1:0
Qol: Petar Boçkay, 25
İlk oyun - 1:0
 
22:45. "Milan” (İtaliya) - "Universtatya” (Krayova, Rumıniya) - 2:0
Qollar: Cakomo Benaventura, 9. Patrik Kutron, 52
İlk oyun - 1:0
 
22:45. "Ostende” (Belçika) - "Marsel” (Fransa) - 0:0
İlk oyun - 2:4
 
23:00. "Panionios” (Yunanıstan) - "Makkabi” (Təl-Əviv, İsrail) - 0:1
Qol: Panagiotis Korbos, 79-öz qapısına
İlk oyun - 0:1
 
23:05. "Domjale” (Sloveniya) - "Frayburq” (Almaniya) - 2:0
Qollar: Seniyad İbriçiç, 50-penalti ilə. Lovro Bizyak, 59
İlk oyun - 0:1
 
00:00. "Braqa” (Portuqaliya) - AİK (İsveç) - 2:1 (ƏLAVƏ VAXT - 1:0)
Qollar: Ruy Fonte, 74. Raul Silva, 120+1 - Çinedu Obasi Oqbuke, 13
İlk oyun - 1:1
 
2 avqust
20:00. "Syon” (İsveçrə) - "Suduva” (Litva) - 1:1
Qollar: Mussa Konate, 55 - Robertas Vezeviçyus, 80
İlk oyun - 0:3
 
20:00. AEL (Kipr) - "Austriya” (Avstriya) - 1:2
Qollar: Aldair, 60 - Rafael Holtshauzer, 34-penalti ilə. Felipe Pires, 90+1
Qırmızı vərəqə: Marko Ayroza, 27
İlk oyun - 0:0

Google+ WhatsApp ok.ru