Avropa ölkələrindən Həcc ziyarətinə neçə nəfər gedib ?

Avropa ölkələrindən Həcc ziyarətinə neçə nəfər gedib ?

Rəsmi statistikaya əsasən  cari ilin Həcc mövsümündə  Avropanın 28 ölkəsindən  193761 zəvvar Həcc ayinini yerinə yetirmək üçün Səudiyyə Ərəbistana səfər edib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Avropa ölkələri arasında ən çox Türkiyədən (80 min zəvvar), ən az isə  Ukraynadan (50) olan zəvvarlar Həccə gedib. Türkiyədən sonra  Britaniya (25200),  Rusiya (23700),  Fransa (21200)  və Almaniya (11000) ilk beşliyi tamamlayır. 
 
Statistikaya əsasən, Avropanın 17 ölkəsindən, o cümlədən Macarıstan, Belarusiya, Sloveniya, Xorvatiya, Moldova,  Litva, Makedoniya, Sloveniya, Latviya, Estoniya, Lüksemburq, Malta, İslandiya və bir sıra digər ölkələrdən Həcc ziyarətinə gedən olmayıb.
 

Google+ WhatsApp ok.ru