Avropa ölkələrinin səfirlərindən İsrailin ilhaq planına etiraz

Avropa ölkələrinin səfirlərindən İsrailin ilhaq planına etiraz

11 Avropa ölkəsinin Fələstinin işğal olunmuş.ərazisindəki səfirləri Təl-Əviv rəhbərliyinin işğal altındakı Fələstin əraziləri üçün ilhaq planını həyata keçirmək niyyətinə etiraz ediblər.

 
Maide.Az xəbər verir ki, etiraz edən ölkələr arasında İngiltərə, Almaniya, Fransa, İrlandiya, Hollandiya, İtaliya, İspaniya, İsveç, Belçika, Danimarka və Finlandiya var.
 
Bildirilir ki, sözügedən ölkənin səfirləri İsrail rejiminin Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə direktor müavini Anna Azari ilə keçirdiyi video görüşdə İsrailin ilhaq planını həyata keçirmək niyyətindən narahat olduqları barədə rəsmi mesaj səsləndiriblər.
 
Səfirlər İsrailin işğal olunmuş Şərqi Qüdsdə yeni yəhudi yaşayış məntəqələri tikmək planına da etiraz ediblər və sözügedən diplomatlar İsrailin bu addımının Təl-Əvivin Avropa ölkələrindəki mövqeyini sarsıdacağına dair xəbərdarlıq ediblər.
 
Qeyd edilib ki, İsrailin ilhaq planını həyata keçirməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
 
İsrail rejiminin baş naziri Binyamin Netanyahu martın 2-də keçirilən növbədənkənar seçkilərdən əvvəl İordaniya vadisini və Qərb sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrini "ilhaq edəcəyi" sözünü verib.

Google+ WhatsApp ok.ru