Avropa neft qıtlığı ilə üzləşə bilər

Avropa neft qıtlığı ilə üzləşə bilər

Neft hasilatının azalması Avropanın bu yanacaqdan asılı vəziyyətindən yaxa qurtarmasından daha tez baş verəcəyi üçün Köhnə Qitənin gələn on il ərzində neft qıtlığı ilə üzləşəcəyi ehtimalı yüksəkdir.
 
“Report” “The Quardian”a istinadən xəbər verir ki, bu barədə “Shift Project” tədqiqat mərkəzinin araşdırmasında bildirilir:
 
“Neft tədarükündə böhran baş verməsi və bazar qiymətlərinin kəskin azalması təhlükəsi artacaq”.
 
Araşdırmada Aİ-dəki neft idxalının 40 faizindən artığını verən keçmiş SSRİ ölkələrində hasilatın “mütəmadi azaldığı” qeyd edilərkən idxalatın 10 faizindən artığını verən Afrika ölkələrində də qarşıdakı on il ərzində hasilatın xeyli azalacağı diqqətə çatdırılır. Həmçinin hazırkı koronavirus pandmiyası nəticəsində yeni neft layihələrinə sərmayələrin azalacağı da istisna edilməyib.
 

Google+ WhatsApp ok.ru