Avropanın tarixi məscidləri; Memarlığın şah əsərləri -FOTO

Avropanın tarixi məscidləri; Memarlığın şah əsərləri -FOTO

İslami fəthlər tarixi boyunca məscidlər həmişə insanların sığınacaq yeri olmuşdur. Müsəlmanlar məscidlərdə ibadət və dini ayinlərdən əlavə həm də siyasi, ictimai, mədəni və iqtisadi problemlərinin həllində də məscidləri özlərinə səngər ediblər.
 
Müsəlmanların Avropaya mühacirət etməsi səbəb oldu ki, Avropa ölkələrində də çoxlu məscidlər tikilsin. Avropa məscidləri müsəlman azlıqların vəhdəti və birliyini göstərən dini məkan, dini ayinlərin icrası və mühüm məsələlərin həll edilməsi üçün bir sığanacaqdır.
 
Avropanın Paris, London, Berlin, Rum, Tirana, Vyana və digər ölkələrinin paytaxt şəhərlərində çox dəyərli tarixi məscidlər vardır ki, bu məscidlər memarlığın əbədi şah əsərləri hesab edilir.
 
Maide.Az İQNA-a istinadən xəbər verir ki, Tunisin "MİM" elektron məcəlləsi (meemmagazine.net) "Avropanın ən qədim məscidləri"  adlı bir yazı paylaşıb ki, yazını oxucularımıza təqdim edirik.
 
 
1. Parisin böyük məscidi
 
Bu məscid Fransanın ilk və ən əhəmiyyətli məscididir. Müsəlmanların əsas fəaliyyət mərkəzlərindən biridir. Bu məscid birinci dünya müharibəsindən sonra, 1926-cı ilin İyul ayının 15-də istifadəyə verilib. 
 
Məscidi Fransaya ilk mühacirət edən Mərakeş və Əlcəzayir müsəlmanları Mərakeşin şahı Sultan Yusif ibn Həsənin dəstəyi ilə tikiblər. 
 
Bu işə Tunisin valisi və Əlcəzayir rəsmiləri də kömək ediblər. Məscid Fransızlarla Almanlara qarşı döyüşərək şəhid olan 100 min müsəlmana xatirə abidəsi olaraq tikilib. Məscid Mərakeş memarlığı üslubu ilə tikilib. 
 
 
 
 
 
2. Rumun böyük məscidi
 
Bu məscid 30 min kv.metrlik sahədə tikilib. İtaliyanın paytaxtı Rum şəhərinin şimalında yerləşir. Məsciddə eyni vaxtda 12 min nəfər namaz qıla bilər. 
 
İtaliya müsəlmanlarının İslami Mədəniyyət Mərkəzi də bu məsciddə yerləşir. Məsciddə dini ayinlər, nikah mərasimləri, mədəniyyət xidmətləri, sərgi, toplantı və dini dərslər də icra edilir. Bu məscidi Əfqanıstanın sürgün edilmiş əmiri Məhəmməd Həsən və onun xanımı Raziyə tikdirib. Məscidin memarlıq və dizayn layihəsi 10 ilə başa çatıb. Məscid 1984-cü ildə tikilməyə başlayıb və 1995-ci ildə sona çatıb.
 
 
 
3.Ədhəm Bəy Albani məscidi
 
Bu məscid Albaniyanın paytaxtı Tirana şəhərində 1789-cu ildə tikilib. Məscidin tikintisini Tirana şəhərinin valisi Molla Beg başlamış və oğlu Həqqi (Süleyman Paşanın nəvəsi olub) 1823-cü ildə başa çatdırıb. 
 
 
 
4.Brükselin came məscidi
"Cinquantenaire Park"da yerləşən bu məscid Brükselin ən qədim məscididir. Məscid şəhərin milli sərgilər məkanının şərqində Ərəb memarlığı üslubu ilə 1880-cı ildə tikilib. Ərəbistanın maddi dəstəyi ilə tikilmiş məscidin mədrəsə və İslami Araşdırma Mərkəzi var.
 
 
 
5.Berlin məscidi
 
Berlinin tarixi məscidi Hindistanın məşhur tarixi abidəsi Tac Mahal memarlığı üslubu ilə tikilib. 1928-ci ildə istifadəyə verilən məscidin günbəzi 26 metr və minarələri 37 metrdir. İkinci dünya müharibəsində ciddi zədə almış məscid 1999-2001-ci və həmçinin 2016-cı illər arasında yenidən təmir edilmişdir.
 
 
6.Vyananın İslam Mərkəzi və Məscidi
 
Vyananın ən böyük məscidinin tikintisi 1977-ci ilin İyul ayında başlayıb və Noyabr ayında başa çatıb. Bu məscid həm də Avstriyada ən böyük məsciddir. Vyananın İslam Mərkəzi və məscidi 89 min kv.fut ərazidə tikilib. Məscidin günbəzinin hündürlüyü 16 və minarələrin hündürlüyü 32 metrdir.
 
 
 
7. Kordova Came Kilsə Məscidi
 
İspaniyanın qədim şəhərlərindən olan Kordova Came Kilsə Məscidi Əndəlüsün ən qədim mədəniyyət tarixidir. Əndəlüsün qədim məscidlərinin bəziləri dağıdılmış və bəziləri də kilsəyə çevirilib.
 
Kordovanın Came Kilsə Məscidinin həm kilsəsi və həm də məscidi vardır. Bu bina 150 ilə tikilib. Məscidi 92-ci hicri-qəməri ilə Əməvilər dövründə istifadəyə verilib.  Bu məscid İspaniyada İslami memarlığın tarixi nümunəsidir. Məscid UNESCO-nun dünya irsi siyahısına və 2017-ci ildə İspaniyanın 12 xəzinəsi siyahısına salınıb.
 
 

 

Google+ WhatsApp ok.ru