Avropa siyasətçiləri Saakaşvilinin azad olunmasını tələb edirlər 19 Oktyabr 2021 13:17 Dünya Avropa İttifaqının, Latviya və Ukraynanın keçmiş prezidentləri də daxil onlarca keçmiş və indiki siyasətçisi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həbsxanadan buraxılmasını tələb ediblər. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, müraciətə imza atan 72 siyasətçi arasında Avropa Parlamentinin deputatları, litvalı millət vəkilləri, Latviya və Ukrayna eks-prezidentləri, İsveçin keçmiş baş naziri və gürcü siyasətçilər var. Müraciət Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamentinin prezidentlərinə ünvanlanıb. Müraciət müəllifləri hesab edirlər ki, Gürcüstanın hazırkı məhkəmə sistemi cəmiyyətin etimadına malik deyil. Məktub Gürcüstan hakimiyyətindən ölkədə siyasi motivli mühakimələrə son qoyulmasını tələb edir. Müraciət Saakaşvilinin dərhal azad olunmasına çağırsa da, Avropa İttifaqının rəhbərliyindən hələki heç bir konkret addım atmağı tələb etmir. Sözü gedən məktubda Saakaşvili ilə bağlı vəziyyətin izlənməsi üçün “beynəlxalq müşahidəyə” bənzər qurumun yaradılması təklif olunur: Teqlər : #Avropa,#siyasətçiləri,#Saakaşvilinin,#azad,#olunmasını,#tələb,#edirlər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda məscid partlayışında yaralananlar müalicə üçün İrana aparılıblar - FOTO Çexiya Prezidenti səlahiyyətlərindən məhrum edilə bilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO