Avropa İttifaqı fələstinlilərə aid üç məktəbi sökən İsraili pislədi

Avropa İttifaqı fələstinlilərə aid üç məktəbi sökən İsraili pislədi

Avropa İttifaqı (Aİ) Qüds və İordan çayının qərb sahilində fələstinlilərə aid üç məktəbi sökən İsrail rejiminin hərəkətlərinə reaksiya göstərib.

Aİ-nin Ramallah və Qüds nümayəndəliklərindən verilən yazılı açıqlamada "Hər bir şagirdin etimad və sülh şəraitində təhsil almaq hüququ var.

Ölkələrin üzərinə düşən məktəblərin şagirdlər üçün təhlükəsiz bir məkan olduğu barədə təminat verərək, bu hüququ qoruması və hörmət etməsidir", - sözlərinə yer verilib. Açıqlamada sionist rejimin məktəbləri sökməzdən əvvəl ələ keçirdiyi məktəb nəqliyyat vasitəsi və texniki vəsaitlərini qaytarması, habelə beynəlxalq insan haqlarına görə, fələstinlilərə məxsus mülkləri müsadirə etməkdən və genişlənmə siyasətindən imtina etməsi tələb olunub.

Xatırladaq ki, işğalçı İsrail qüvvələri ötən bazar ertəsi günü Qüds və İordan çayının qərb sahilində üç məktəbin texniki vəsaitlərini ələ keçirmiş sonra "icazəsiz" olduğu səbəbilə bu binaları sökmüşdü.  (eastnews)

Google+ WhatsApp ok.ru