Avropa İttifaqı İran Milli Tanker Şirkətinə qarşı sanksiyaları ləğv edib

Avropa İttifaqının İran Milli Tanker Şirkətinə qarşı sanksiyaları ləğv olunub.
 
Buna səbəb iş üzrə müəyyən olunmuş müddətin bitməsi və Avropa İttifaqı Şurası tərəfindən məhkəmə iddialarının olmaması göstərilir.    
“Biz şadıq ki, Avropa İttifaqı Şurası məhkəmənin xahişi ilə sanksiyaları ləğv edib və bu qərarın gec qəbul olunmasından təəssüf hissi keçiririk”, deyə şirkətin hüquqşünası Rovin Şandrasekera bildirib.   
 
Bununla belə, Aİ-dəki mənbə “Röyters”ə bildirib ki, Aİ, əvvəlki kimi, şirkətin sanksiya siyahısında qalmasına çalışır.     
 
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya İran Milli Tanker Şirkəti də daxil olmaqla İranın 5 şirkəti və təşkilatına, həmçinin adı açıqlanmayan bir vətəndaşına qarşı sanksiyaları ləğv edib.  

Google+ WhatsApp ok.ru