Avropa İttifaqı İsrailin Fələstində son dağıntı işlərini tənqid edib

Avropa İttifaqı İsrailin Fələstində son dağıntı işlərini tənqid edib

Aİ İsrailin bu addımını qanunsuz yəhudi məskənlərinin genişləndirilməsinin tərkib hissəsi adlandırıb

Avropa İttifaqı ötən şənbə günü Fələstinin Şərqi Qüdsdəki Şufat qaçqın düşərgəsində İsrail rejimi tərəfindən 20 kommersiya obyektinin sökülməsini tənqid edən bəyanatla çıxış edib.
 
Maide.az Felestin.info-a istinadla xəbər verir ki, Aİ İsrailin bu addımını qanunsuz yəhudi məskənlərinin genişləndirilməsinin tərkib hissəsi adlandırıb.
 
"Ötən həftə İsrail hökuməti Şərqi Qüdsdə fələstinlilərin Şufat qaçqın düşərgəsində 20 kommersiya obyektini söküb. Söküntü işi İsrail tərəfdən Qüds bələdiyyəsi tərəfindən işğal edilmiş Şərqi Qüdsdə yerləşən Gilo və Şlomo yəhudi yaşayış məskənlərində 800 yaşayış binasının tikilməsi ilə bağlı planı irəli sürməsindən bir neçə həftə sonra reallaşdırılıb. Avropa İttifaqı qəti şəkildə İsrailin qanunsuz məskunlaşdırma siyasətinə qarşı çıxır və bu məqsədə xidmət edən istənilən beynəlxalq hüquqa zidd addımları qınayır. Avropa İttifaqı İsrail rəhbərliyindən bu qərarlarına yenidən baxmağı və əl çəkməyi gözləyir", - deyə Aİ-nin Xarici Məsələlər və Təhlükəsizlik Siyasəti Ofisinin mətbuat katibi açıqlamasında bildirib.
 
Bildirək ki, ötən həftə İsrail bələdiyyəsinin qanunsuz yəhudi yaşayış məskənlərinin genişləndirilməsi planı çərçivəsində Şufat qaçqın düşərgəsində fələstinlilərə məxsus 20 iaşə obyektini buldozerlərlə dağıdıb. İşğalçı rejim bu addımını guya həmin obyektlərin qanunsuz biznes fəaliyyətilə məşğul olması ilə əlaqələndirib.

Google+ WhatsApp ok.ru