Avtobus reysləri təxirə salına bilər, əgər... - Avtovağzal

Avtobus reysləri təxirə salına bilər, əgər... - Avtovağzal

Hər hansı təhlükəli şərait yaranarsa, yəni qarlı, buzlu hava şəraiti müşahidə olunarsa, şəhərlərarası fəaliyyət göstərən avtobus reysləri təxirə salına bilər.
 
Maide.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova deyib. O bildirib ki, hazırda avtobusların fəaliyyəti ilə bağlı heç bir təhlükəli vəziyyət yoxdur:
 
“Hazırda heç bir qəza və yaxud digər problemlər qeydə alınmayıb. Havanın pisləşməsi ilə əlaqədar olaraq, şəhərlərarası avtobuslara əvvəlcədən nəzarət olunmuşdu. Salonların istilik sistemindən tutmuş, texniki vəziyyətin tam saz olmasına qədər hər şey yoxlanılıb. Heç bir neqativ hal yaşanmayıb. Avtobusların fəaliyyət göstərməməsi üçün o dərəcədə ciddi təhlükəli vəziyyət yaradan hava şəraiti müşahidə olunmur. Ona görə də reyslərin təxirə salınması gözlənilmir”.
 

Google+ WhatsApp ok.ru