Avtomobillə icazəsiz hərəkət edənlərin diqqətinə: Cərimələnəcəksiniz 09 İyul 2020 11:24 Xəbərlər Stasionar polis postlarının ləğv edilməsindən istifadə edərək avtomobillə icazəsiz hərəkət edənlər xüsusi texniki avadanlıqlarla müəyyən edilir. Daha sonra onlara cərimə yazılır. Maide.Az xəbər verir ki, bunu "Xəzər Xəbər”ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib. Şöbə rəisinin sözlərinə görə, hər bir vətəndaş yaşadığı yeri tərk etməzdən əvvəl mütləq icazə almalıdır, ya da mövcud sistemdə icazəsinin aktiv olub-olmadığını yoxlamalıdır. Kamran Əliyev əlavə edib ki, yoxlamalar zamanı icazəsi ləğv edilən, lakin bundan xəbərsiz olduğunu bildirən xeyli sayda hərəkət iştirakçısı aşkarlanıb. Teqlər : #Avtomobillə,#icazəsiz,#hərəkət,#edənlərin,#diqqətinə:,#Cərimələnəcəksiniz, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Venesuela ordusu ölkə hava məkanını pozan ABŞ-a məxsus təyyarəni vurub Yarım ilin hasilat və ixrac hesabatı