Çin: ABŞ heç nədən problem yaradır!

Çin: ABŞ heç nədən problem yaradır!

ABŞ Cənubi-Çin dənizində təhlükəsizliyə təhdid yaradır və regionda situasiyaya mənfi təsir edir.
 
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, bu sözləri Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Day Bin deyib.
 
“ABŞ-ın Cənubi-Çin dənizindəki problemlərlə bağlı məsuliyyətsiz açıqlamalar vermək ixtiyarı yoxdur. ABŞ heç nədən problem yaradır və regiona hərbi gəmilər, təyyarələr göndərərək provokasiya törədir”, - deyə diplomat bildirib.
 
D.Bin dünya ölkələrinə çağırış edərək, Cənubi-Çin dənizindəki təhlükəsizlik problemi ilə bağlı dialoqu gücləndirməyin və əməkdaşlığı genişləndirməyin vacibliyini söyləyib.

Google+ WhatsApp ok.ru