Avtovağzallarda COVID pasportu olmayanlara bilet satışı qadağan ediləcək - RƏSMİ 28 Sentyabr 2021 12:10 Xəbərlər Oktyabrın 1-dən avtovağzallardan rayonlara və Bakıya səyahət edən sərnişinlərdən COVID-19 pasportu tələb ediləcək. Bunu Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O bildirib ki, bununla bağlı bütün avtovağzallara tapşırıq verilib: "Bilet satışı zamanı sərnişindən COVID-19 pasportu tələb olunacaq. Pasportu olmayan sərnişinə bilet satılmayacaq". N.Allahyarova bildirib ki avtovağzallarda və avtobuslarda olan sərnişinlərin COVID-19 pasportunun olub-olmamasını yoxlamaq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətində deyil: "Bunun üçün əlaqədar qurumlar var, nəzarəti onlar həyata keçirəcək. Biz tapşırıq vermişik ki, rayonlara getmək istəyən, lakin COVID-19 pasportu olmayan sərnişinlərə bilet satılmasın. Əgər əlaqədar qurumların yoxlaması zamanı COVID-19 pasportu olmayan sərnişin aşkarlanarsa, bu barədə tərəfimizdən müvafiq tədbir görüləcək". Teqlər : #Avtovağzallarda,#COVID,#pasportu,#olmayanlara,#bilet,#satışı,#qadağan,#ediləcək,#RƏSMİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Magistral yollarda sürət həddi endirildi Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarına müraciət edib