Ayətullah Cavadi Amuli: `İmanı gizlətmək caizdir, amma elmi gizlətmək yox`

Maide.az xəbər verir ki, Ayətullah Cavadi Amuli "Ğafir" surəsinin bəzi ayələrini açıqladığı təfsir dərsində mühüm məqamlardan bəhs edib: "Peyğəmbərdən (s) gələn bir hədisə görə özünə verilmiş faydalı bir elmi gizlədən şəxs qiyamət günü ağzına atəşdən bir yüyən vurulmuş kimi məhşərə gətirilir. Elmi gizlətmək caiz deyil. Firon xanədanı içərisindəki mömin haqqında bunu aydın görürük. Ayədə həmin insanın "imanını gizlətdiyi" ifadə edilir. Amma o, elmini gizlətmir. Firon və tərəfdarlarına xitabən belə deyir: Rəbbim Allahdır deyən bir adamımı öldürəcəksiniz? Əgər o yalançıdırsa, yalanı özünə zərərlidir və əgər doğru deyirsə, dediyi şeylərdən bəziləri sizin başınıza gələcək.
 
Diqqət etsək, "Mömini Ali Firon" imanını gizlədir, elmini deyil. Baxmayaraq ki, onun sözləri imanını da göstərir. Yəni o hər kəsin qəbul etdiyi həqiqət elmlərini inkar etməmişdir. Yalnız canını qorumaq üçün təqiyyə babından imanını gizlədir. Təqiyyə isə can təhlükəsinin olduğu hər yerdə hamı üçün caizdir."

Google+ WhatsApp ok.ru