Ayətullah Gülpayiqani: Təkfirçilər İslamın mehriban simasını ləkələdilər

Təqlid mərcələrindən olan Ayətullah Lütfullah Safi Gülpayiqani müqəddəs Məşhəd şəhərində dünyanın 14 ölkəsindən olan müsəlman tələbələr ilə görüşdə deyib ki, təkfirçi qruplar İslamın sülh və mehribanlıq simasını ləkələyiblər və İslamın bədnam olmasına səbəb olublar.
 
Maide.az xəbər verir ki, Ayətullah Gülpayiqani daha sonra təkfirçi qrupların fitnələrinə işarə edərək deyib: "Təkfirçilərin yol verdikləri hərəkətlər müsəlmanların narahatlığına səbəb olur. Olduğunuz hər yerdə, İslamın nümayəndəsi olaraq, dinə xidmət edin və İslamın həqiqi simasını insanlara göstərin."

Google+ WhatsApp ok.ru