Ayətullah Xameneinin namaz haqqında tövsiyyələri

Ali Lider Ayətullah Seyid Əli Xamenei 24-cü illik “Namaz Qurultayına” məktub ünvanlayıb. 
Maide.az xəbər verir ki, Ayatullah Xamenei namazın keyfiyyətini artırmağı, namaz mədəniyyətini yaymağı bütün möminlərin ən prioritet vəzifəsi olduğunu bildirib.
Məktubda bildirilir: Bismillahir-rəhmanir-rəhim. Alim və Qadir Allaha şükr edirəm ki, siz qurultayın təşkilatçıları xüsusi ilə dəyərli alim cənab höccətül-islam Qiraətinin səyi nəticəsində Namaz mədəniyyətinin  yayılmasında misilsiz , faydalı işlər görülüb və təsirli nəticələr əldə olunub. Buna baxmayaraq bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün İslami cəmiyyətin ehtiyacı və bu sahədə görüləcək  işlərin potensialını nəzərə alaraq daha çox işlər görülməlidir. Mən hər kəsi məsuliyyət hissi ilə bu işə yanaşmağa çağırıram. Mənim hər kəsdən xüsusi ilə maddi,mənəvi, idarəetmə imkanları olan şəxslər və rəsmi şəxslərdən istəyim budur ki, bu məsələnin böyüklüyünü başa düşsünlər və icra olunacaq addımlar atsınlar.  Hamı bilsin ki, ictimai problemlərin azaldılması üçün təsir edici yollardan biri namazı geniş təbliğ etmək və yaymaqdır. Belə ki, ölkədə gənclər və yeni yetmələr namazda səhlənkarlıq etməsinlər, namazlarını vaxtında qılsınlar.  Bu bizim xalq və cəmiyyətimizin ruhi , mənəvi sağlamlığını təmin etmək üçün istifadə oluna biləcək ən yaxşı yollardan biriidir. Çalışılsınki, hamı namazı hüzuri-qəlb, xüzu-xüşu ilə qılsın.  Bunlar mümkin ola biləcək işlərdir ki, sizin davamlı çalışmanız və iradəniz nəticəsində əldə olunacaq inşaəllah.”/
 

Google+ WhatsApp ok.ru