Ayətullah Xameneidən Ramazan ayının son günləri üçün tövsiyələr 04 İyun 2018 01:00 Nəsihətlər -- Mənəvi yüksəlişin yolları Əzizlərim, Ramazan ayı – mənəviyyat fəsli, mənəviyyat baharı, saflıq baharı başa çatmaq üzrədir; Ramazan ayının son günlərini yaşayırıq. Bu ayda sizin qəlbinizin, pak ruhlarınızın məhsuldar torpağı, inşallah, ilahi lütf və mərhəmətin narın yağışı ilə sulanarsa, bu, gələcəkdə öz bəhrəsini verəcək. Əlbəttə ki, gənclər üçün mənəvi kamilləşmə fəsli heç vaxt başa çatmır. Doğrudur, Ramazan ayının özünəməxsus cəhətləri var, özəllikləri var, lakin gənclərin mənən kamilləşməsi, inkişaf etməsi hər zaman mümkündür. Mən bu mövzuda böyüklərimizdən bir kəlmə söz eşitmişəm və onu sizə demək istəyirəm: ruhi-mənəvi yüksəliş üçün ən vacib məsələ günahdan çəkinməkdir. Ən mühüm iş budur. Çalışın günahdan çəkinəsiniz. Günahlar da müxtəlifdir: dil ilə edilən günahlar var, gözə aid olan günahlar var, əllə edilən günahlar var – cürbəcür günahlar var. Günahları tanıyın və özünüzü onlardan gözləyin. Təqva! Təqva da elə odur: günahdan özünü gözləmək. Təhlükəli bir küçə ilə gedəndə dörd gözlə ətrafınıza diqqət yetirirsiniz; bax təqva da belədir. Ehtiyatlı olun, özünüzü gözləyin ki, günahdan çəkinəsiniz. Mənəvi yüksəlişin ən başlıca yolu budur. Əlbəttə, bundan dərhal sonra vacib əməlləri həyata keçirmək gəlir; vacib əməllər arasında da hamısından əhəmiyyətlisi namazdır; vaxtın əvvəlində, hüzuri-qəlblə qılınan namaz. Hüzuri-qəlb odur ki, namaz qıldığın vaxt kiminlə həmsöhbət olduğunu, kimə üz tutduğunu biləsən, buna diqqət yetirəsən. Bəzən namazda insanın diqqəti yayınır, eybi yoxdur. Yenidən diqqətini toplayan kimi özündə həmin haləti, yəni kimə üz tutduğunu bilmək hissini bərpa etsin və sona qədər qorumağa çalışsın; hüzuri-qəlb budur. Namazı hüzuri-qəlblə, vaxtın əvvəlində, əlindən gəldiyi qədər camaatla qılmaq – əgər bu şeylərə riayət etsəniz, mənəvi yüksəlişə nail olacaqsınız, bir mələyə çevriləcəksiniz, mələkdən də uca olacaqsınız. Bunu bilin. Siz gəncsiniz, qəlbiniz təmizdir, ruhunuz safdır, çirkinliklərə bulaşmamısınız və ya çox az bulaşmısınız. Bizim yaşımıza çatanda bu baxımdan insan bir çox çətinliklərlə qarşılaşır. Odur ki əgər bunlara riyaət etəniz, başqa heç bir nəsihətə ehtiyacınız olmaz. Hansısa xüsusi zikrlərə və bu kimi şeylərə heç bir lüzum yoxdur. Əlbəttə, çox yaxşı olar ki, Quranla ünsiyyətdə olasınız, hər gün bir neçə ayə də olsa, hökmən oxuyasınız; bunlar çox yaxşıdır. Amma vacib əməllərə qarşı çox diqqətli olun. Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei (Maide.Az) Teqlər : #Ayətullah Xameneidən Ramazan ayının son günləri üçün tövsiyələr , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Şaban ayı ilahi rəhmət yağışının yağdığı bir aydır` Kərbəla hadisəsinin önəmi - Ayətullah Xamenei - VİDEO
`Əza mərasimləri, göz yaşının axıdılması, Aşura günü baş verən hadisələrin şərh edilməsi – bütün bunlar olduqca lazımlı şeylərdir`