Ayətullah Xamenei İran xalqını təbrik etdi 12 Fevral 2018 02:00 Nəsihətlər -- 11 fevral yürüşündə izdihamlı iştirakına görə Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İran xalqını 11 fevral yürüşündə izdihamlı iştirakına görə təbrik edib. Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei qələmə aldığı təbrik mesajında bildirir: “Əziz və dəyərli İran xalqı, bu gün (11 fevral) qətiyyət və anlayışınızla möhtəşəm və böyük bir hadisə yaratdınız. Bu gün təşkil olunan möhtəşəm 11 fevral yürüşündə xalqın iştirakı dəqiq hesablamalara görə, öncəki illərdən daha izdihamlı və daha coşqulu olub. Heç şübhəsiz , bunlar əcnəbilərə və İran düşmənlərinə qətiyyətli bir cavab oldu. İran və İranlılar haqqında yalnış düşüncəyə sahib olan düşmənlər var güclə təbliğat aparırdı və çalışırdı ki, bu ilki 11 fevral yürüş mərasimini sönük göstərsin. Lakin sizlər əməldə İnqilabın yaşadığını və dinamik olduğunu ortaya qoydunuz. Şüarlar səsləndirdiniz, isti iştirakınız və fəryadlarınızla İmam Xomeyninin (rə) idealarına bağlı olduğunuzu göstərdiniz. Bunlar düşmənlərin gözünü qorxudur və onları geri oturmağa məcbur edir. Həmçinin İran xalqının qətiyyətliliyi düşmənlərin hesablamalarını pozur. Ölkənin məsul şəxsləri bu misilsiz fenomeni təqdir edərək əziz xalqımıza səbir, güclü idarəetmə və inqilabçı ruhu ilə xidmət etməlidir. Və İslam İnqilabının ideyalarını qorumalıdır. Ona görə ki, ölkənin gələcəyi bəsirətli və oyaq xalqımıza aiddir. Biz məsul şəxslər xalqımızdan geri qalmamağa çalışmalıyıq. ولا تهنوا و لاتحزنوا و انتم الأعلون ان کنتم مؤمنین "Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz." (“Ali-İmran” surəsi, 139-cu ayə) Ayətullah Xamenei Teqlər : #Ayətullah Xamenei İran xalqını təbrik etdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamaneyi Avropada təhsil alan tələbələrə müraciət etdi Ayətullah Xamenei: Şükr etmək nemətin çoxalmasına səbəb olur
`Əza mərasimləri, göz yaşının axıdılması, Aşura günü baş verən hadisələrin şərh edilməsi – bütün bunlar olduqca lazımlı şeylərdir`