Ayətullah Xamenei: “ABŞ-ın siyasəti - müsəlmanları bir-birinin əli ilə öldürməkdir!” 20 Avqust 2018 01:00 Çıxışlar Ali Rəhbər Ayətullah Xamenei möhtəşəm həcc toplumuna müraciətində bütün müsəlmanları və həcc zəvvarlarını bu dəyərli və misilsiz fürsətdən səmərəli şəkildə istifadə etməyə, habelə üzərinə düşən vəzifəyə və əsl ehtiyac duyulan məsələlərə bir daha diqqət yetirməyə çağırıb. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ayətullah Xamenei Həcc ziyarəti müsəlmanlarını vəhdətə çağırıb. “Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər (Həcc surəsi, 28-ci ayə). Bu ayənin əyani misdaqı müsəlmanların vəhdət və birliyidir. Həcc bu məkanda, məhdud zaman kəsiyində həmişə və hər il aşkar məntiq və uca səslə müsəlmanları birliyə çağırır. Bu, düşmənlərin istəyinin əksidir. Düşmənlər həmişə, xüsusi ilə də hazırda müsəlmanları bir-birinə qarşı çıxmağa çağırırlar”. Ayətullah Xamenei bu ilki həcc mesajında, ABŞ-ın siyasətinin müsəlmanların bir-birinin əli ilə öldürülməsi olduğunu deyib. Ayətullah Xamenei ABŞ-ın regiondakı müharibə siyasətinə toxunaraq, ayıq olmaq yolu ilə bu şeytani təxribatı boşa çıxarmağın lazım olduğunu vurğulayıb. “İndi cinayət törədən ABŞ-ın davranışlarını nəzərə alın. Onların İslam ilə müsəlmanlara qarşı tətbiq etdiyi əsas siyasəti müharibə törətməyə əsaslanır. Onların çirkin məqsədi, müsəlmanları bir-birini öldürməyə təhrik etməkdir. Zalımları dəstəkləyərək, məzlumları amansızlıqla yatırtmaq ilə bu fitnəni davamlı alovlandırmaq isə onların istədiyi şeydir. Müsəlmanlar ayıq olub, bu şeytani siyasəti dəf etməlidirlər. Məhz həcc vacibatı bu oyanışın əsaslarını təşkil edir və bu Həcc, müşriklər və imperialistlərdən uzaqlaşmağın fəlsəfəsidir! Allahı yad etmək həccin ruhudur, hər bir halda Allaha təvəkkül və inamı qəlbimizdə kökləndirməliyik, çünki bu halda düşmənin hiylələrinə qələbə çalacağıq! Əziz hacılar! Suriya, İraq, Fələstin, Əfqanıstan, Yəmən, Bəhreyn, Pakistan, Kəşmir və Myanmada yaşayan İslam ümməti üçün dua etməyi unutmayaraq, Allahdan ABŞ ilə hegemon sisteminin digər havadarlarının məğlubiyyətə uğramasını istəyin!” Teqlər : #Ayətullah Xamenei: ABŞın siyasəti müsəlmanları birbirinin əli ilə öldürməkdir!, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “ABŞ-la müzakirəni qadağan edirəm”: Ayətullah Xameneyidən sərt mövqe Ayətullah Xamenei: Avropa ilə müzakirə məsələsində hər hansı bir problem yoxdur, ancaq...
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO