Ayətullah Xamenei: Siyasi hesablamalar müharibə ehtimalının olmadığını göstərir - FOTO

Ayətullah Xamenei: Siyasi hesablamalar müharibə ehtimalının olmadığını göstərir - FOTO

İran Silahlı Qüvvələri bölmələri arasında  Xatəmül-Ənbiya (s) Hava Hücumundan  Müdafiə Qərargahı son dərəcə önəmli bölmə və  düşmənlə mübarizədə ön cəbhədədir. 
 
Maide.Az “Leader.ir” saytına istinadən bildirir ki,  bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ötən gün  Xatəmül-Ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının komandirləri ilə görüşdə deyib. 
 
Ayətullah Xamenei Qərargah komandirlərinin hər gün daha da hazırlıqlı olmağının və ordunun gücünü artırmağın zəruriliyini vurğulayıb. 
 
“Siyasi hesablamalar müharibə ehtimalının olmadığını göstərir. Lakin Eyni zamanda Silahlı Qüvvələr həqiqi və dinamik idarəetmə ilə yanaşı, hərbi imkanlarını gündəlik olaraq təkmilləşdirməlidir."
 
O əlavə edib ki, İran Silahlı Qüvvələrinin hazırlığını artırmaq üçün atılan hər bir addım qüdrətli Allah qarşısında ibadətə bərabərdir.
 
 
Xatəmül-ənbiya(s) Hava Hücumundan Müdafiə Qərargahı  2008-ci il avqustun 31-də Ali Rəhbər Ayətullah Xameneinin  fərmanı ilə yeni formatda təşkil olunub.
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru