Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO 07 Sentyabr 2018 01:00 Çıxışlar Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı qəbul edib. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, görüşdə Ayətullah Xamenei bildirib ki, bu gün İslam dünyasının ən önəmli ehtiyacı müsəlman ölkələrin bir-birinə daha da yaxınlaşması və işbirliyi təşkil etməsidir. “İslami ölkələr arasında birlik və əməkdaşlıq regiondakı problemlərin həlli üçün zəmin yaradacaq. Bu səbəbdəndir ki, imperialist güclər və onların başında olan ABŞ müsəlman ölkələr arasında əməkdaşlıq və yaxınlaşma, eləcə də İslami gücün formalaşmasına görə narahatdırlar.” Ayətullah Xamenei ABŞ-ın güc sahibi olan İslam ölkələriylə düşmənçiliyinin səbəbinin bu narahatçılıqdan irəli gəldiyini vurğualayaraq qeyd edib ki, İran İslam Respublikası və Türkiyə regionda iki güclü ölkədir. “Hər iki dövlət İslam dünyası üçün müştərək motivlərə sahibdir. Buna görə, ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıq daha da inkişaf etdirilməlidir.” Ayətullah Xamenei İran və Türkiyə arasında münasibətlərin İslami cərayanın hökumətə gəlməsindən sonra daha da artdığını bildirib və qeyd edib ki, müştərək sahələr gücləndirilmləidir. Ali Rəhbər cənab Ərdoğanın Myanmar hadisələri ilə bağlı tutduğu mövqeyə görə ona təşəkkür edib və Fələstin məsələsindən danışıb. “Fələstin məsələsi həmişə önəmli olub və bu məsələdən bir an belə qəflət etmək olmaz. “ Teqlər : #Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Düşmən informasiya müharibəsi ilə insanlarda ümidsizlik yaratmaq istəyir` - Ayətullah Xamenei Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO