Ayətullah Xamenei:‘ABŞ həmişəki çirkin və nifrət dolu  simasını bu gün də aşkar şəkildə  nümayiş etdirir’ -FOTO

Ayətullah Xamenei:‘ABŞ həmişəki çirkin və nifrət dolu simasını bu gün də aşkar şəkildə nümayiş etdirir’ -FOTO

“Bu gün ABŞ rəsmiləri pulpərəst, haqqı tapdalayan, insanların mal və canına  etinasızdır. Yəmən bunun üçün bir nümunədir.  Cinayətləri  Səudiyyə  törədir, lakin ABŞ bu cinayətlərdə onlarla şərikdir, özü də bunu etiraf edir.  Xəstəxanaları, bazar və dinc sakinlərin toplaşdığı yerləri bombalayırlar. Onlar cinayətkardırlar. ABŞ-ın həqiqi siması budur.”
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki,  bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei “Müqəddəs Müdafiə” və hərəm müdafiəçiləri şəhid  ailələri ilə görüşdə deyib. 
 
Ayətullah Xamenei mömin gənc nəsldə  şəhadət və şücaət ruhiyyəsinin yetişməsi və gəncləşməsini İnqilabın möcüzəsi adlandırıb.  “Xalq, gənclər və məsul şəxslər  ABŞ-ın başçılıq etdiyi imperialist cəbhənin qarşısında  ayıq olmaldır.  Hamı ölkənin iqtisdiyyatını gücləndirmək üçün çalışmalı və milli istehsal gücünü artırmalıdır. Məsul şəxslər düşmənin  zahirinə və dil oyununa aldanmamalıdır.  Belə olmasın ki, qapıdan qovduğumuz düşmən pəncərədən girsin”. 
 
İran xalqının ötən 40 il ərzində  bütün zalım  güclərin  qarşısında  olan təhlükəli və zəhmətli yolda müqavimət göstərməsinin  əsas səbəbinin  şəhidlik düşüncəsi olduğunu qeyd edən Ayətullah Xamenei bildirib ki, bu gün də gənclər İnqilabın əvvəlində olduğu kimi düşmən qarşısında durur və şəhidlik yolunu seçirlər.  “Bu İslam Respublikasının möcüzədir ki, polad kimi ruhiyəni gənclərdə  yetişdirib və davam etdirə bilib. Əgər şəhidlər, onların cəsarəti, şəhid ailələrinin səbri olmasaydı  dünya hegemonları və cinayətkar ABŞ ölkəni cənginə alardı”.
 
Düşmənlərin  əxlaqi pozğunluq və siyasi korrupsiyada boğulduğunu diqqətə çatdıran Ayətullah Xamenei qeyd edib ki,  əgər ABŞ-ın həqiqi simasını görmək istəyirsizsə  bu ölkənin indiki rəhbərlərinə baxın.  Çünki bu şəxslər ABŞ rəhbərliyinin həmişəki çirkin və nifrət dolu  simasını aşkar şəkildə  nümayiş etdirir. 
 
Ayətullah Xamenei bildirib ki, ABŞ bu illər ərzində İnqilabdan öncə olduğu kimi İranı öz əsarətinə  almaq istəyib. “İranın da başına regionun süd verən inək adlandırdığı bəzi zəif ölkələrinin başına gətirdiyi oyunları gətirmək istəyir. Lakin bu  məqsədinə çatmadı və qətiyyətlə deyirəm bundan sonrada buna nail olmayacaqlar.” 
 
Ayətullah Xamenei ABŞ-ın İmam Xomeyni (rə) tərəfindən “böyük şeytan” adlandırılmasından danışıb və bildirb ki, İmam, bu adı ABŞ-ın üzərinə qoymaqla  dünyanın bütün insaflı xalqlarını bu qüvvə əleyhinə səfərbər edib.  Bu yolda  nailiyyətlərdə əldə olunub və daha çox nailiyyətlər də əldə olunacaq.
 
Düşmənin  İran xalqının müqavimətini qırmaq və  inkişafının qarşısını almağa çalışdığını deyən Ayətullah Xamenei  bildirib ki, ABŞ-ın  İran xalqına qarşı planlarının üstü açılıb, onların  xalqımıza ziyan verəcək  daha heç bir məkri qalmayıb. Nə bacarırdılarsa etdilər.  “ABŞ-ın planı budur ki, sanksiyaların dəstəyi və  ölkədə sabitsizlik yaratmaqla daxildə ixtilaf və müharibə formalaşdırsın. Bütün səylərini buna yönəldiblər. İlin əvvəlində  ABŞ bildirdi ki, İranda  qaynar yay  fəsli olacaq və İran 40 illik yubleyini görməyəcək.  Onların acığına  bu ilki  yay fəsli ən yaxşı fəsillərdən biri idi. İran xalqı  fevralın 11-də İslam İnqilabının 40 illik yubleyini daha da əzəmətli keçirəcək.” 
 
ABŞ-ın 2018-ci ildəki müxtəlif hədələrinin aldatmaq üçün ola biləcəyini deyən Ayətullah Xamenei İran xalqını ayıq olmağa çağırıb. “Ola bilsin 2018-ci ildə səs-küy salıb  və planı  2019-cu ildə icra etməyi düşünürlər. Hamı diqqətli olsun və ayıq olsun.” 

Ayətullah Xamenei Ali Səud rejiminin Bəhreyn və Yəməndə yürütdüyü siyasəti axmaqlıq adlandırıb.  “Şərif hərəmlərin xidmətçisi “əşidda-u-ələl-kuffar” (kafirlərə qarşı  şiddətli) olmalıdır möminlərin, Yəmən və Bəhreyn xalqı qarşısında deyil.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru