Ayətullah Xamenei: ʿABŞ-ın zahiri bəzəyi onun batmasına mane olmayacaqʾ 18 Fevral 2020 16:39 İslam lideri "ABŞ-ın qara piarıyla İslam nizamı və gənclərimizi bir-birindən uzaqlaşdırmaq istəyir. Onlar davamlı olaraq çalışır, beyin mərkəzləri qurur, gəncləri İslami nizamdan qoparmaq istəyirlər. Ancaq məqsədlərinə çata bilməyəcəklər”. Maide.Az xəbər verir ki, bunu Ayətullah Seyid Əli Xamenei Təbriz əhalisi ilə Tehranda keçirdiyi qəbul zamanı deyib. İranda keçiriləcək 11-ci Parlament seçkilərilə toxunan Ali Rəhbər qeyd edib ki, seçkilər ölkədə ümumi səfərbərlikdir. Ölkəni gücləndirən seçkilər İslami nizamın fəxr qaynağıdır. Seçkilərin ABŞ rəsmiləri ilə sionitlərin zərərli planlarını zərərsizləşdirəcəyini qeyd edən Ayətullah Xamenei bildirib ki, hazırda dünyanın gözü İrandadır. "Dostların və düşmənlərin gözü buradadır. Düşmənlər iqtisadi problemlərin, nüvə razılaşmasının pozuntularının və ABŞ-ın təzyiqlərinin nəticəsini bilmək istəyir. Dostlarımız da nələr olacağı ilə maraqlanır. Odur ki, İran güclənsə, düşmənləri məyus olar və onların hiylələri başlanğıcda puç olar və nəticəsiz qalar. Güclənmənin bir nümunəsi də güclü bir parlamentə sahib olmaqdır." Ayətullah Xamemeni ABŞ-ın zahiri bəzəyinin əksi olaraq bu ölkənin cəmiyyətində iqitisadi və ictimai problemlərin olduğunu vurğulayıb və qeyd edib ki, ABŞ hazırda daxildən dağılmaq istiqamətində hərəkət edir. ABŞ-ın zahiri əzəməti onun batmasına mane ola bilməyəcək. “Necə ki, "Titanik" gəmisinin məşhurluğu və əzəməti onun batmasına mane ola bilmədi, ABŞ-ın zahiri bəzəy və əzəməti də onun batmasına mane ola bilməyəcək. ABŞ batacaq”. Ayətullah Xamenei ABŞ-da ayrıseçkilik, yoxsular və varlılar arasındakı təbəqə və cinayətlər bir xora kimi ABŞ-ı içəridən yeyəcək. “ABŞ-ın bizim ölkəmizin ətrafında hərbi bazaları var amma əgər bir gün hansısa məsələ qarşıya çıxsa bu bazalar nə ABŞ-ın, nə də bu bazalara görə ABŞ-a pul ödəyən ölkələrin işinə yarımayacaq. Teqlər : #Ayətullah,#Xamenei:,#ʿABŞın,#zahiri,#bəzəyi,#onun,#batmasına,#mane,#olmayacaqʾ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei Şərqi Azərbaycan əhalisi ilə görüşüb - FOTO Ayətullah Xamenei parlament seçkilərində səs verib -FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB