Ayətullah Xameneinin ofisi: Bu il aperel ayının 25-i mübarək Ramazan ayının ilk günüdür

Ayətullah Xameneinin ofisi: Bu il aperel ayının 25-i mübarək Ramazan ayının ilk günüdür

Sabah Şəban ayının 30-dur

Bu il aperel ayının 25-i mübarək Ramazan ayının ilk günüdür. 
 
Maide.Az “İSNA”a istinadla xəbər verir ki, bunu  Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin dəftərxanasının "Ayın axtarışı üzrə mərkəzi"inin katibi Höccətül-İslam  Əlirza Müvəhhidinejad  deyib. 
 
Höccətül-İslam Əlirza Müvəhhidinejad bildirib ki, Ramazan ayının hilalının təyin olunmasının önəmli olmasını nəzərə alaraq, ölkənin  müxtəlif bölgələrində 100-dən çox axtarış qrupları  mübarək Ramazan ayının hilalını görmək üçün izləmə aparıb və ay görünməyib. “Bu səbəbdən təqvimə əsasən cümə günü Şəban ayının 30-cu günüdür və şənbə Ramazan ayıının ilk günüdür.”
 
Şəban ayının sonuncu gününü orucunun savabını qazanmaq istəyən möminlər müstəhəb və ya qəza orucu niyyəti ilə oruc tuta bilər.
 
 Qeyd edək ki, ayətullah Sistanin dəftərxanası da 24 aprel tarixini Şəban ayının 30-u və 25 aprel tarixini Ramazan ayının ilk günü elan edib.
 

Google+ WhatsApp ok.ru