Ayətullah Təsxiri vəfat edib

Ayətullah Təsxiri vəfat edib

"İnna lillah və inna ileyhi raciun"
 
 
Ali Rəhbərin İslam Dünyası üzrə müşaviri ayətullah Məhəmməd Əli Təsxiri vəfat edib. 
 
Maide.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki,  Ayətullah Təsxiri ürək xəstəliyi səbəbiylə bu gün günorta 76 yaşında  vəfat edib. 
 
Qeyd edək ki,  mərhum Ayətullah Təsxiri bundan öncə Ali Rəhbər Ayətullah Xamenei tərəfindən İslami Məzhəblərin Beynəlxalq Yaxınlaşması Asambeleyasının (İMBYA) baş katibi vəzifəsinə təyin olunub və uzun müddət bu vəzifədə çalışıb.  
 
Ayətullah Muhəmməd Əli Təsxiri - İslam dünyasının görkəmli vəhdətçi və xidmətçi simalarından biri idi. 
 
Ayətullah Təsxiri bir çox siyasi, dini və ictimai vəzifələrdə çalışmaqla yanaşı universitet və dini elmi hövzənin ustadı idi. O, dini elmlər sahəsində, o cümlədən fiqh, təfsir və İslami iqtisadiyyat barədə 50 kitabın müəllifidir. 13 kitabı fars dilindən ərəb dilində tərcümə etmişdir.
 
Bundan başqa  o mərhum, müxtəlif mövzularda 350 elmi məqalə təlif və ya tərcümə etmişdir.
 
Həmçinin universitet və hövzədə yazılan 20-dən çox elmi işin elmi rəhbəri olub.
 
Onun Ərəb dilində 30 qəsidəlik "Övraq və Ə`maq" adlı şer divanı vardır.    
 
Allah rəhmət eləsin!
 

 

Google+ WhatsApp ok.ru